×

Wyszukaj artykuł

Podaj imię i nazwisko autora

Podaj tytuł szukanej piosenki

Ludowa azerbejdżańska piosenki

Utwory wykonawcy:

Ağacda alma

Ağacda alma, dərrəm, sataram, Xəlvətdə qalma, gəlləm, taparam. Nəqarət: Ay haray yar əlindən, O qara tellərindən. Əgər izin versən, bala. Öpərəm gözlərindən. Bağlarda çiçək, dərrəm, sataram, Bir üzü göyçək hardan taparam? Bağlarda püstə, dərrəm, sataram, Bi...

Ahu kimi

Ahu kimi gözlərin, Şirin-şirin sözlərin. Sən mənimsən, mən sənin, Nəyə gərək sözlərin. Canım, gözüm, hər sözüm, Sənsiz mən necə dözüm? Gündən çıxaq kölgəyə, Dəsmal verdim sevgiyə. Cəfa çəkdim, yar sevdim, Qismət oldu özgəyə. Ay qız, dur gəl yanıma, Qadan, b...

Aman ovçu

Aman ovçu, vurma məni, Mən bu dağın maralıyam. Maralıyam mən, maralı, Ovçu əlindən yaralıyam. Bu dağlarda maral gəzər, Əl-ayağın daşlar əzər. Mən yarıma neyləmişəm, Yarım məndən kənar gəzər. 

Apardı sellər saranı (Arpa çayı aşdı-daşdı)

Arpa çayı aşdı-daşdı, Sel Saranı aldı, qaçdı, Ala gözlü, qələm qaşlı. Apardı sellər Saranı Bir ala gözlü balanı. Gedin deyin Xançobana, Gəlməsin bu il Muğana, Gəlsə batar nahaq qana. Apardı sellər Saranı Bir uca boylu balanı. Arpa çayı dərin olmaz, Axar sul...

Apardı sellər saranı (Güzgü daraq irəfdədi)

Güzgü daraq irəfdədi, Hər biri bir tərəfdi, Sara gedən bir həftədi Apardı sellər Saranı, Bir ala gözlü balanı. Düyünü tökdüm qazana, Qaynadı qaldı azana, Əlac yox Tanrı yazana Apardı sellər Saranı, Bir ala gözlü balanı. Atlı yaraq çıxıb düzə, Bıçaq batsın ya...

Aparmağa gəlmişik

Aparmağa gəlmişik, Yar almağa gəlmişik. Oğlanın adamıyıq, Aparmağa gəlmişik. Qızıl güllər koldadır, Əl çatmayan qoldadır. Qız ürəyi döyünür, Oğlan gözü yoldadır. Qızın bəxti ağ olsun! Qohumları sağ olsun! Qızın getdiyi yollar, Görüm çil-çıraq olsun. 

Ay bəri bax

Pəncərədən daş gəlir, Ay bəri bax bəri bax. Xumar gözdən yaş gəlir, Ay bəri bax bəri bax. Səni mənə versələr, Ay bəri bax bəri bax. Hər görənə xoş gəlir, Ay bəri bax bəri bax. Pəncərənin milləri, Ay bəri bax bəri bax. Аçılıb qızıl gülləri, Ay bəri bax bəri ba...

Ay dilbər

Dağların başı qışda qar olar, Yar yarın görməsə rəngi saralar. Ay gözəlim, ay mələyim, Gəl məni dindir, qəlbim sənindir. Dövran nə gözəl, nə gözəl, nə gözəl. Canan nə gözəl, nə gözəl, nə gözəl, Ay dilbər, can dilbər, çal dilbər, Tellər oynasın. Araz dərindir...

Ay qadası

Qaşların hilal, Ağ üzündə xal, Körpə bir maral, Ay qadası. Ləblərin şəkər, Olmasa əgər, Kim nazın çəkər, Ay qadası. Yandım eşqinə, Qurbanam sənə. Naz etmə mənə, Ay qadası. Sevdiyim nigar, Ağ üzündə xal, Körpə bir maral, Ay qadası. 

Azərbaycan maralı

Ay qız gəzmə aralı, Könlüm səndən yaralı Gözlərinə heyranam Azərbaycan maralı. Sən bulaq üstə gələndə, Qıyqacı baxıb güləndə, Aldın səbri qərarımı Azərbaycan maralı. Mən qurbanam gözlərə, Şirin şirin sözlərə, Bir qonaq gəl bizlərə Azərbaycan maralı. O günə...

Bülbülün geydiyi sarı

Bülbülün geydiyi sarı, Ağlayaram zarı-zarı. İtirmişəm gözəl yarı, Oxu, oxu, nazlı bülbül! Axtarıram nazlı yarı, Oxu, oxu, nazlı bülbül! Bülbülün geydiyi atlaz, Atlaza iynə batmaz. O qız ölər, məni atmaz, Oxu, oxu, nazlı bülbül! Bülbülün geydiyi yaşıl, Gün d...

Dağlara çən düşəndə

Dağlara çən düşəndə, Sünbülə dən düşəndə, Ruhum bədəndə oynar, bala, Yadıma sən düşəndə. Dağları gəzdim gəldim, Daşların üzdüm gəldim. Yarımı bivəfa görüb, Əlimi üzdüm gəldim. Dağların qarı mənəm, Gün vursa, ərimərəm. Qəbrim quzeydə qazın, Cavanam çürümərəm....

Elə bəndəm

Arazam, Kürə bəndəm, Bülbüləm, gülə bəndəm, Dindirməyin qəmliyəm, Bir şirin dilə bəndəm. Elə bəndəm, elə bəndəm, Bir şirin dilə bəndəm. Pəncərədə şüşə mən, Yarpaq üstə düşən nəm. Pəncərədə şüşə mən, Yarpaq üstə düşən nəm. Nə o, gözdən salandı, Nə mən gözdən...

Girdim yarın bağçasına

Girdim yarın bağçasına, çiçəklər açmış, O yar mənim ürəyimə yaralar sancmış. Gəl, gəl, gəl, gözəlim, gəl, Sevirəm səni. Əgər qismətim olarsan, Alaram səni. Girdim yarın bağçasına, gəmim dolmadı, Gənc yaşımda bir qız sevdim, mənim olmadı. Gənc yaşımda bir qı...

Gəl, mənim Leylam

Gecələr, ay gecələr, Ay batar, ay gecələr. Səni görən gözlərim Nə yatar, nə dincələr. Gəl-gəl, gəl-gəl, gəl, mənim Leylam, Gözlərinə olmuşam heyran. Səyyada bax, səyyada, Torun qurmuş qayada. Toruna tərlan düşüb, Kimsəsi yox oyada. 

Həlhələ verin gəlinə

Həlhələ verin gəlinə, Dəstə gül verin əlinə. Altun kəmər bağlasın Gəlin incə belinə. Hələy təpmə toz olar, Mavi şalvar boz olar. Əgil yaylığın qaldır, Mən qaldırsam söz olar. Həlhələ verin gəlinə, Dəstə gül verin əlinə. O yarın özünə qurban Şirin sözünə qur...

İrəvanda xal qalmadı

İrəvanda bir quyu var, Şəkərdən şirin suyu var. Hər gözəlin bir toyu var. Ay qız, o xal nə xaldı Sən ora düzdürmüsən? Ay naz, o xal nə xaldı Sən ora düzdürmüsən? İrəvanda yol işlərəm, Xəncəlimi gümüşlərəm. Bir öpərəm, bir dişlərəm. Ay qız, o xal nə xaldı Sən...

Küçələrə su səpmişəm

Küçələrə su səpmişəm, Yar gələndə toz olmasın Elə gəlsin, elə getsin, Aramızda söz olmasın. Samovara od salmışam. İstəkənə qənd salmışam. Yarım gedib tək qalmışam. Nə əzizdir yarın canı, Nə şirindir yarın canı. Samavarı alışdırın, Maşa gətdim qarışdırın Küsülü...

Laçın

Araz axar su ilə, Dəstə-dəstə gül ilə, Mən yarımı sevirəm Şirin-şirin dil ilə Ay Laçın, can Laçın, Mən sənə qurban Laçın... Bağçaların barı gül, Yarı göncə, yarı gül, Gec açıldın, tez soldun, Açmayaydın barı gül, Ay Laçın, can Laçın, Mən sənə qurban Laçın.....

Qalanın dibində

Qalanın dibində yıxıldım, yatdım, Yuxuda yarıma һey, baxdım, baxdım, Qalada başqadır sevginin dadı, Sevənin açılar qolu-qanadı. Anama deyin ki, atımı satsın, Nişanlım göyçәkdir qoy evdә qalsın. Qalanın dibindә bir quş olaydım, Gedәnə-gәlənә yoldaş olaydım.